Ukrayna XİN başçısı: "Təslim olmayacağıq, bir qarış torpaq verməyəcəyik"
Tarix: 27-02-2022 18:59 | Bölmə: Dünya
Ukrayna XİN başçısı: "Təslim olmayacağıq, bir qarış torpaq verməyəcəyik"

"Təslim olmayacağıq, Ukraynaının bir qarış torpağını verməyəcəyik"

Reyting.az
xəbər verir ki, bu bəyanatı Ukraynanın xarici işlər naziri Dmitro Kuleba verib.

O bildirib ki, ölkəsi Rusiya Federasiyası ilə danışıqlar nəticəsində geri çəkilmək və təslim olmaq niyyətində deyil: "Rusiya Ukraynada çox böyük itkilər verib. Bu itkilər də Moskvanı danışıqlara məcbur edib. Rəsmi Kiyev isə onları dinləmək və öz fikrini bildirəcək".

D. Kuleba deyib ki, Ukrayna nümayəndə heyəti göndərməyə razılaşıb: "Ancaq nümayəndə heyəti ölkəmizə raketlər atılan Qomelə getməyəcək, biz sərhəddə görüşəcəyik. Biz bu danışıqlara Rusiyanın demək istədiklərini dinləmək və bu müharibə ilə bağlı nə düşündüyümüzü deməyə gedirik".

Nazir bildirib ki, Rusiya Ukraynanın böyük təyyarələrini məhv edə bilər: "Ancaq onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!”.

Qeyd edək ki, bu gün Belarusun Ukrayna ilə sərhəddində Rusiya ilə Ukrayna rəsmiləri arasında savaşın başlanmasından sonra ilk görüş olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}