16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
ABŞ dövlət katibi: "Putin qeyd-şərtsiz buna son qoymalıdır”
Tarix: 01-03-2022 19:15 | Bölmə: Dünya
ABŞ dövlət katibi: "Putin qeyd-şərtsiz buna son qoymalıdır”

ABŞ dövlət katibi Entoni Blinken BMT-nin İnsan Haqları Şurasına Rusiyanın Ukraynadakı hər saat artdığını və zərbələrin xəstəxanalara, məktəblərə və yaşayış binalarına endirildiyini bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

“Biz qətiyyətli və vahid mesaj verməliyik ki, prezident Vladimir Putin qeyd-şərtsiz buna son qoymalıdır”, - dövlət katibi vurğulayıb.

E.Blinken həmçinin Çinin Sincanda müsəlman uyğurlara qarşı soyqırımı və insanlığa qarşı cinayətlər törətməkdə davam etdiyini deyib və BMT-nin insan haqları üzrə rəhbəri Mişel Baçeleti vəziyyətlə bağlı dəlillərlə ofisinin hesabatını dərc etməyə çağırıb.




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb