16:39 / 28-11-2024
Sabah qar yağacaq
Müdafiə naziri: "Rusiya və Belarusdan yaşayış binalarına və məktəblərə zərbə endirilir"
Tarix: 02-03-2022 11:55 | Bölmə: Dünya
Müdafiə naziri: "Rusiya və Belarusdan yaşayış binalarına və məktəblərə zərbə endirilir"

“Hadisələrin xarakteri dəyişir".

Reyting.az
xəbər verir ki, bu, Ukrayna müdafiə naziri Oleksiy Reznikov növbəti paylaşımında bildirilib.

Nazir qeyd edib ki, Ruslar hansısa yolla öz bölmələrinin döyüş effektivliyini saxlamağa çalışırlar, ancaq bu effektivlik getdikcə azalır:

“Bunu düşmənin hücumu davam etdirməkdən imtina etməsi də göstərir. Rusiyada qurbanların və əsirlərin yaxınları etiraz aksiyası keçirməyə başlayıb. Rusiya təbliğatının bütövlükdə yalanları üzə çıxır. Düşmən ukraynalı müdafiəçilərlə birbaşa təmasda olmaqdan qorxur. Buna görə də onlar dinc şəhərləri uzaq məsafədən hədəf alırlar. Rusiya və Belarusdan yaşayış binalarına və məktəblərə zərbə endirilir. Buna baxmayaraq, Kreml istədiyi nəticəni əldə etməyəcək. İndi bir çox şəhər və kəndlərimiz dağıdılıb. Lakin daha çox zərər görən Xarkov, Mariupol və Xersondur. Bunlara baxmayaraq biz mütləq qalib gələcəyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər