16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Almaniya kansleri: "Ukraynadan gələn xəbərlər dəhşətlidir"
Tarix: 02-03-2022 16:21 | Bölmə: Dünya
Almaniya kansleri: "Ukraynadan gələn xəbərlər dəhşətlidir"

Almaniya kansleri Olaf Şolts NATO-nun Rusiyanın Ukraynadakı müharibəsinə hərbi müdaxilə etməyəcəyini bildirib.

Bu barədə kansler Şolts İsraildə səfərdə olarkən deyib.

"Biz hərbi müdaxilə etməyəcəyik. Bu, NATO-ya aiddir, o, bunu etməyəcək, həmçinin başqalarına da aiddir. Hazırkı vəziyyətdə bu səhv olardı”, -deyə Şolts bildirib.

"Bizim hazırda etdiyimiz dəstəkdir", deyən Almaniya kansleri maliyyə yardımı və digər yardımları qeyd edib. "Bizim edə biləcəyimiz budur. Düşünürəm ki, bu doğru qərardır".

Kansler Şolts Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlamasının vacibliyini vurğulayıb.

"Hazırda Ukraynadan gələn xəbərlər dəhşətlidir. Biz bu münaqişənin necə inkişaf edəcəyindən ciddi narahatıq və buna görə də bu vəziyyəti dəyişmək üçün mümkün olan hər şeyi etməliyik. Əlbəttə, indi məsələ ondadır ki, diplomatiya üçün daha böyük şans yaranıb”, - Şolts bildirib.

Almaniya kansleri Rusiyanı bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. "Mülki infrastruktura və mülki şəxslərə hücumlar dayandırılmalıdır", - o vurğulayıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts kansler kimi ilk dəfə İsrailə səfər edib. O, İsrailin Baş naziri Naftali Bennettlə görüşüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər