16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Ukraynada qanun sətləşdirilir: xəyanətkarların cəzası ağır olacaq
Tarix: 02-03-2022 20:58 | Bölmə: Dünya
Ukraynada qanun sətləşdirilir: xəyanətkarların cəzası ağır olacaq

Ukraynada təxribat və dövlətə xəyanət edənlərə ömürlük həbs cəzasının verilməsi təklif olunur. Belə əmələ görə amnistiya tətbiqinin qadağan edilməsi də səslənən təkilfər sırasındadır.

Reyting.az
xəbər verir ki, Ali Radanın Hüquq mühafizə komitəsi Ukrayna Cinayət Məcəlləsinin 111 və 113-cü maddələrində hərbi vəziyyətdə dövlətə xəyanət və təxribata görə cəzanın nəzərdə tutulmasını təklif edən №7116 “Geri addım yoxdur!” layihəsini dəstəkləyib.

“Təxribat və Vətənə xəyanətə görə amnistiya yoxdur. Ən yüksək cəza ömürlük həbsdir”, - “Xalqın qulluqçusu” partiyasının Teleqram kanalı xalq deputatı Maksim Bujanskidən sitat gətirir.

Qeyd olunur ki, dövlətə xəyanətə görə cəza 15 il və ya ömürlük həbsdir - bütün əmlakı məcburi müsadirə olunmaqla.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər