12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırıb, Belarusu cəzalandırıb
Tarix: 05-03-2022 09:38 | Bölmə: Dünya
Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırıb, Belarusu cəzalandırıb

Baltik Dənizi Dövlətləri Şurasının üzvləri yekdilliklə Rusiyanın təşkilatın işində sonrakı iştirakdan kənarlaşdırılması barədə qərar qəbul ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında (My Webpage) məlumat yayılıb.

“Biz - təşkilatın digər 11 üzvü Rusiya ilə Şura çərçivəsində əməkdaşlığı dəstəkləməyi artıq mümkün hesab etmədiyimiz zaman Rusiyanın yaratdığı vəziyyət dərin təəssüf hissi doğurur”, - Norveçin xarici işlər naziri Anniken Quitfeldt deyib.

Nazir qeyd edib ki, rəsmi Moskva beynəlxalq hüquqa əməl etməyə başlayana qədər Rusiya təşkilat daxilində ünsiyyətdən kənarda qalacaq.

Müşahidəçi ölkə statusuna malik olan Belarus da cəzalandırılıb. Gələcəkdə onunla əməkdaşlıq etməyəcəklər.

Xatırladaq ki, Baltik Dənizi Dövlətləri Şurası 1992-ci ilin martında Kopenhagendə yaradılıb. Ukrayna təşkilatda müşahidəçi ölkə statusuna malikdir.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər