12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Türkiyə Ukraynada qalan iki təyyarəsi ilə bağlı danışıqlar aparır
Tarix: 05-03-2022 12:54 | Bölmə: Dünya
Türkiyə Ukraynada qalan iki təyyarəsi ilə bağlı danışıqlar aparır

“Fevralın 24-də humanitar yardım məqsədilə iki A400M hərbi nəqliyyat təyyarəmizi Ukraynaya göndərdik. Eyni zamanda oradakı vətəndaşlarımızın təxliyəsini planlaşdırmışdıq”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, sonradan hava sahəsi bağlandığından Türkiyənin iki təyyarəsi Ukraynanın Borispol aeroportunda qalıb: "Türkiyə bununla bağlı həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparır. Təyyarələrimizin təhlükəsizliyinin mümkün qədər təmin olunmasını istəyirik. Atəşkəs elan olunanda onlar ölkəyə gətiriləcək. İlk fürsətdə təyyarələrimizi təxliyə edəcəyik. Həmçinin oradakı vətəndaşlarımızın da təxliyəsi mümkün olacaq”.

Akar bölgədəki vəziyyətə də toxunaraq qeyd edib ki, həm Rusiyanın müdafiə naziri Sergey Şoyqu, həm də ukraynalı həmkarım Oleksiy Reznikovla təmasları davam edir: “Təmaslarımız zamanı diplomatiya yolunun tutulması, böhrana son qoyulması barədə fikir mübadiləsi aparırıq. Müsbət irəliləyişin olmasını arzu edirik. Ən yaxın vaxtda vəziyyətin normallaşmasını, atəşkəs elan edilməsini arzulayırıq. Eyni zamanda, vətəndaşlarımızın təxliyəsi üçün əlimizdən gələni edirik. Ukraynada humanitar böhranı azaltmaqdan ötrü bütün səylərimizi ortaya qoyuruq. Digər ölkələr kimi, biz də Ukraynaya humanitar yardımlarımızın çatdırılmasına çalışırıq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər