12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Ukrayna Hərbi Dəniz Donanması: "Rusiyanın 4 helikopteri vurulub"
Tarix: 05-03-2022 18:03 | Bölmə: Dünya
Ukrayna Hərbi Dəniz Donanması: "Rusiyanın 4 helikopteri vurulub"

Ukraynanın dəniz piyadaları Nikolayev ətrafında Rusiyanın 4 helikopterini vurub.

UNİAN xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının mətbuat xidməti yayıb.

Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının komandanı kontr-admiral Aleksey Neijpapa qeyd edib ki, bir dəniz piyadası 3 helikopter vurub.

Qeyd edək ki, Ukrayna hərbçiləri martın 5-dək Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopterini vurduqlarını bildiriblər.




Bölməyə aid digər xəbərlər