12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Ukrayna müdafiə nazirindən xalqa müraciət: "Bütün şəhər və kəndləri geri qaytaracağıq"
Tarix: 07-03-2022 11:14 | Bölmə: Dünya
Ukrayna müdafiə nazirindən xalqa müraciət: "Bütün şəhər və kəndləri geri qaytaracağıq"

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xalqa müraciət edib.

Reyting.az 
xəbər verir ki, o, hazırda Ruisya ordusnun əsas hədəfinin Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləri olduğu xüsusi vurğulayıb.

Nazir qeyd edib ki, bununla belə Ukrayna ordusu sayıqlığı itirmir: "Ruslara sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Çünki ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar. Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür. Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var. Bizim ruslar qarşısında ən böyük üstünlüyümüz cəmiyyətimizin həmrəyliyidir. Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq. Xerson, Kaxovka, Melitopol, Berdyansk və Heniçeskdə baş verənlər göstərdi ki, rusların gecikmədən ölkəmizdən çıxması daha yaxşı olar”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər