12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Rusiya sabah Ukraynada sükut rejimi tətbiq edəcək
Tarix: 08-03-2022 23:49 | Bölmə: Dünya
Rusiya sabah Ukraynada sükut rejimi tətbiq edəcək

Rusiya çərşənbə günü (9 mart – red.) Moskva vaxtı ilə saat 10:00-dan etibarən sükut rejimi elan edir və Ukraynanın bir sıra şəhərlərindən, o cümlədən Kiyevdən humanitar dəhlizlər açmağa hazırdır.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın Ukraynadakı humanitar yardım üzrə idarələrarası koordinasiya qərargahı məlumat yayıb.

Rusiya Ukrayna tərəfi ilə razılaşaraq Kiyev şəhərindən və ona bitişik yaşayış məntəqələrindən humanitar dəhlizlər vasitəsilə Belarus ərazisindən keçməklə Qomel şəhərinə, sonradan cənub istiqamətində hava yolu ilə Rusiya Federasiyasına çatdırmağa hazırdır.

Daha sonra Çerniqov şəhərindən Belarus ərazisindən keçməklə Qomel şəhərinə, sonradan hava nəqliyyatı ilə Rusiyaya, cənub istiqamətində çatdırılma;

Sumi şəhərindən iki marşrut üzrə Poltava və Belqorod şəhərlərinə - sonra hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə seçilmiş istiqamətlərə və ya müvəqqəti yaşayış məntəqələrinə, cənub istiqamətində.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər