12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Moldova NATO-ya can atmır: "Biz Avropa İttifaqına daxil olmağa cəhd göstərəcəyik"
Tarix: 09-03-2022 10:44 | Bölmə: Dünya
Moldova NATO-ya can atmır: "Biz  Avropa İttifaqına daxil olmağa cəhd göstərəcəyik"

“Biz NATO-ya deyil, Avropa İttifaqına üzv olmağa cəhd göstərəcəyik”.

“RİA Novosti” xəbər verir ki, bunu Moldovanın Baş naziri Natalya Qavrilisa “Euronews”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moldovanın Konstitusiyasında neytrallıq prinsipi yazılıb: "Biz NATO-ya üzvlüyə deyil, Avropa İttifaqına daxil olmağa cəhd göstərəcəyik"/Report.

Məlumata görə, Moldova Prezidenti Mayya Sandu artıq martın 3-də ölkəsinin Avropa İttifaqına daxil olması haqqında ərizəni imzalayıb.

Moldova Konstitusiyasına əsasən, ölkənin neytrallıq statusu var, ancaq 1994-cü ildən respublika fərdi tərəfdaşlıq planı çərçivəsində NATO ilə əməkdaşlıq edir.

Moldovanın paytaxtı Kişineuda NATO-nun İnformasiya Mərkəzi fəaliyyət göstərir. 2017-ci ilin dekabrında isə ölkə paytaxtında NATO-nun rabitə üzrə bürosu açılıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Ukraynadan sonra Moldovaya hücum edəcəyinə dair məlumatlar yayılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər