12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Ukrayna XİN başçısı: "Putin dayanmaq bilmir, bizə daha çox silah verin"
Tarix: 09-03-2022 14:47 | Bölmə: Dünya
Ukrayna XİN başçısı: "Putin dayanmaq bilmir, bizə daha çox silah verin"

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniyanı Ukraynaya daha çox silah verməyə və Rusiya işğalının qarşısını almaq üçün daha çox qərarlar qəbul etməyə çağırıb.

Reyting.az
xəbər verir, bu barədə Kuleba “Die Wet” nəşrinə açıqlama verib.

O bildirib ki, Ukrayna köməyə ehtiyac duyur: "Özümüzü müdafiə etməyimiz üçün bizə daha çox silah verin. Səmamızı müdafiə etməyə kömək edin. Bizə daha çox hərbi təyyarə, həmçinin tankəleyhinə, hava hücumundan müdafiə üçün və raketəleyhinə daha çox ciddi silahlar verin. Rusiyanın enerji daşıyıcılarından imtina, “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiya banklarının və şirkətlərinin müxbir hesablarının dondurulması, Rusiya gəmilərinin Avropa limanlarına girişinə qadağa kimi daha sərt sanksiyalar tətbiq edin. Ukrayna tərəfdaşların Rusiyaya daimi açıq təzyiq göstərməsinə ehtiyac duyur. Bura həmçinin hərbi cinayətlərin dayandırılması və mülki vətəndaşların xilas edilməsi üçün humanitar dəhlizlərin yaradılmasına icazə verilməsi tələbləri də daxildir. İki həftə ərzində qəbul edilmiş qərarlara görə minnətdarıq. Almaniyanın öz yanaşmasını dəyişdirdiyini görürük. Almaniya son dərəcə gecikmiş olsa da, bir sıra mürəkkəb addımlar atdı. Lakin Putin dayanmaq bilmir. Günahsız ukraynalı kişilər, qadınlar və uşaqlar həlak olmaqdadır. Daha çox qərar qəbul edilməlidir. Əsası odur ki, bu qərarlar faydalı və təxirəsalınmaz olsun”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər