12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Rusiyanın ən səfeh siyasətçisi can verir
Tarix: 11-03-2022 12:05 | Bölmə: Dünya
Rusiyanın ən səfeh siyasətçisi can verir

Rusiya Liberal-Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovskinin vəziyyəti həkimlərin ciddi narahatlığına səbəb olub.

Reyting.az
xəbər verir ki, Rusiya KİV-lərinin son məlumatına görə, LDP liderinin durumu daha da pisləşib.

Xatırladaq ki, V. Jirinovski fevralın 2-də koronavirus infeksiyasına görə ağırlaşmalarla təcili xəstəxanaya yerləşdirilib. Bir aydan artıqdır ki, siyasətçi yataq xəstəsidir və həyatı dəstəkləyən cihazlara qoşulub.

75 yaşlı Jirinovski süni komaya salınıb, partiya lideri gecə-gündüz süni nəfəs aparatındadır.

Şayiələrə görə, həkimlər deputatı əməliyyat etmək niyyətində olsalar da, buna risk etmirlər.

Xəstənin laborator müayinələrinin bir sıra göstəricilər istisna olmaqla, vəziyyətinin normal olmasına baxmayaraq, ağciyərlərinin vəziyyəti kritik həddədir.

“Vladimir Volfoviçin saturasiyası 96%-dən 88%-ə enib”, - deyə xəsətəxanadakı mənbədən bildirilib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər