Ruslar Odessa hava limanına raket zərbələri endirib
Tarix: 30-04-2022 20:07 | Bölmə: Dünya
Ruslar Odessa hava limanına raket zərbələri endirib

Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.

UNİAN xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Bildirilir ki, raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər