Türkiyəli nazir: “NATO üzvlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavabı verəcək”
Tarix: 01-05-2022 20:55 | Bölmə: Dünya
Türkiyəli nazir: “NATO üzvlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavabı verəcək”

“NATO üzvlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavabı verəcək”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, NATO Ukraynadakı aktiv savaşa müdaxilə etməsə də, mövqeyi bəllidir: "Ancaq hər hansı müttəfiqə ən kiçik bir hücum olsa, biz lazımi şəkildə cavab verəcəyik".

Nazir qeyd edib ki, müharibə uzandıqca Ukrayna şəhərləri daha çox bombalanacaq: "Türkiyə bu savaşımn bir an əvvəl dayanması üçün əlinndən gələni edir. Biz arxa qapı diplomatiyasına baxanda, ümidlənirik. Amma sonra görürük ki, müharibənin bitməsini istəməyənlər var. İndi bunu həmin ölkələr demək olar ki, gizlənmirlər”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər