Ermənistanda müxalifət partiyasının sədr müavini tutulub
Tarix: 02-05-2022 11:33 | Bölmə: Dünya
Ermənistanda müxalifət partiyasının sədr müavini tutulub

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan müxalifətin aksiyasında saxlanılıb.

Bunu siyasətçi feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, o və bir qrup vətəndaş saxlanılaraq mərkəzi polis şöbəsinə aparılıb/Report.

Qeyd edək ki, Ermənistanda müxalifət aprelin 25-dən kütləvi aksiyalara start verib. Nümayişlərin başlamasına səbəb baş nazir Nikol Paşinyanın Qarabağ danışıqları üzrə bəyanatları olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər