Akardan İraqdakı əməliyyatla bağlı açıqlama: "Bizim terrorçulardan başqa hədəfimiz yoxdur"
Tarix: 02-05-2022 13:50 | Bölmə: Dünya
Akardan İraqdakı əməliyyatla bağlı açıqlama: "Bizim terrorçulardan başqa hədəfimiz yoxdur"

Türkiyə ordusunun İraqda “Pençe Kilit” antiterror əməliyyatı uğurla davam edir.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar açıqlama verib.

O deyib ki, əməliyyatla indiyədək 61 terrorçu zərərsizləşdirilib: “Terrorçulara məxsus 82 mağara və sığınacaq dağıdılıb, 413 əldəqayırma partlayıcı məhv edilib. Axtarış fəaliyyətlərimiz davam edir. Bu mübarizədə yeganə hədəfimiz terrorçulardır. Bizim terrorçulardan başqa hədəfimiz yoxdur".




Bölməyə aid digər xəbərlər