Kuleba: "Lavrovun sözləri Zelenskiyə, Ukraynaya, İsrailə və yəhudi xalqına təhqirdir"
Tarix: 02-05-2022 14:17 | Bölmə: Dünya
Kuleba: "Lavrovun sözləri Zelenskiyə, Ukraynaya, İsrailə və yəhudi xalqına təhqirdir"

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya XİN başçısı Sergey Lavrovun yəhudilərlə bağlı açıqlamasınə qəbuledilməz olduğunu deyib.

Reyting.az
xəbər verir ki, o, bu barədə "Twitter"də paylaşım edib: "Xarici işlər naziri Lavrov rus elitasında kök salmış antisemitizmi gizlədə bilmədi. Onun mənfur sözləri prezident Zelenskiyə, Ukraynaya, İsrailə və yəhudi xalqına qarşı təhqirdir. Daha geniş mənada isə onlar nümayiş etdirirlər ki, bugünkü Rusiya başqa xalqlara qarşı nifrətlə doludur".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər