Ermənistan müxalifəti sakinləri vətəndaş itaətsizliyinə çağırıb
Tarix: 04-05-2022 10:18 | Bölmə: Dünya
Ermənistan müxalifəti sakinləri vətəndaş itaətsizliyinə çağırıb

“Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan ölkə vətəndaşlarını bu gün saat 12:00-dan 14:00-a kimi yenidən etiraz aksiyalarına və itaətsizliyə - yolları, küçələri bağlamağa çağırıb.

Reyting.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu gün saat 15:30-da yenidən meydana toplanacaqlarını deyib:

"Bu gün Ermənistan Milli Məclisində hökumətlə sual-cavab sessiyası keçiriləcək. Saat 16:00-da Nikol Paşinyan Milli Məclisə gələcək. Onun istefasını tələb etmək üçün saat 15:30-da burada olmalıyıq. Bunun üçün sizin iştirakınız çox vacibdir. Uşaqlarınızı məktəbə göndərməyin. Bu meydanda hər kəsin olması çox önəmlidir. Önümüzdəki günlərdə nəhayət ki, onların heç bir güclərinin olmadığını həll etməliyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər