Avropa İttifaqı Moldovaya hərbi yardım göndərəcək
Tarix: 04-05-2022 13:13 | Bölmə: Dünya
Avropa İttifaqı Moldovaya hərbi yardım göndərəcək

Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göndərir.

TASS xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Moldova Prezidenti Maya Sandu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda bunun üçün imkanlar nəzərdən keçirilir: "Biz, eyni zamanda, tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını almalıyıq. Bu, çox vacibdir. İttifaq artıq Moldovaya hərbi yardım çərçivəsində logistika və kibertəhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı qərarlar qəbul edib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər