Andrey Yermak ABŞ, Britaniya, Almaniya və Fransa liderlərinin müşavirləri ilə videokonfrans keçirib
Tarix: 04-05-2022 13:53 | Bölmə: Dünya
Andrey Yermak ABŞ, Britaniya, Almaniya və Fransa liderlərinin müşavirləri ilə videokonfrans keçirib

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ, Britaniya, Almaniya və Fransa liderlərinin milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə videokonfrans keçirib.

Bu barədə Andrey Yermak "Twitter"də bildirib.

“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceykob Sallivan, Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrov, Almaniya Federal Kanslerinin Xarici Əlaqələr üzrə müşaviri Yens Plötner və Fransa Prezidentinin Kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabelle Dümonoun iştirakı ilə videokonfrans keçirdik. Mən cəbhədə baş verən hadisələr, Mariupoldan təxliyə missiyası haqqında onları məlumatlandırdım. Biz Rusiyaya qarşı növbəti sanksiyalar paketinə hazırlığı və Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarını müzakirə etdik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər