Saakaşvilinin səhhəti kəskin pisləşib
Tarix: 04-05-2022 16:18 | Bölmə: Dünya
Saakaşvilinin səhhəti kəskin pisləşib

“Mixeil Saakaşvilinin səhhəti kəskin pisləşib, onu müalicə üçün xaricə aparmaq lazımdır”.

Bunu Gürcüstanın keçmiş Prezidentinin qardaşı Giorgi Saakaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin ölkənin inkişafı və tərəqqisinə böyük töhfə vermiş eks-prezidentin sağlamlıq durumuna laqeyd yanaşması yolverilməzdir.

G.Saakaşvili hökumətə müraciət edərək qardaşının xaricə aparılmasına icazə verməyə çağırıb. O, bir neçə klinikanın M.Saakaşvilini qəbul etməyə hazır olduğunu deyib/Report.

Qeyd edək ki, sabah sabiq dövlət başçısının müalicə üçün xaricə göndərilməsi tələbi ilə Tbilisi, Rustavi və Batumi şəhərlərində aksiyalar təyin olunub. Aksiyaların hər gün müxtəlif formatlarda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə həbs olunub. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. Onun sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Gürcüstanın ədliyyə naziri Rati Breqadze bu yaxınlarda siyasətçinin lazımı müalicə və dərmanlarla təmin olunduğunu deyib. O, keçmiş prezidentin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə qarşı böhtan kampaniyasının aparıldığını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər