Lukaşeno: "Ukrayna Rusiya ilə danışıqlara maraq göstərmir"
Tarix: 05-05-2022 13:50 | Bölmə: Dünya
Lukaşeno: "Ukrayna Rusiya ilə danışıqlara maraq göstərmir"

"Ukrayna Rusiya ilə danışıqlara maraq göstərmir və bunun niyə baş verdiyi sualına cavabı Vaşinqtonda axtarmaq lazımdır".

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Associated Press“ə müsahibəsində bildirib.

“Rusiyanın mövqeyini bilirəm. Mən Rusiyanın Ukraynaya nə təklif etdiyini bilirəm. Bəs niyə ərazisində faktiki olaraq müharibə, döyüşlər, insanlar həlak olan Ukrayna bu danışıqlarda maraqlı deyil? Daha bir sual. Lakin bu sualın cavabı Vaşinqtonda tapıla bilər”, - Lukaşenko qeyd edib.

Lukaşenko qeyd edib ki, Belarusda heç bir müharibə qəti şəkildə qəbul edilmir. “Biz bu müharibənin baş verməməsi üçün hər şeyi etdik və edirik”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər