Peskov: "ABŞ, Britaniya və NATO Ukraynaya həm də kəşfiyyat məlumatları ötürür"
Tarix: 05-05-2022 14:59 | Bölmə: Dünya
Peskov: "ABŞ, Britaniya və NATO Ukraynaya həm də kəşfiyyat məlumatları ötürür"

"ABŞ, NATO və Britaniyanın Ukraynaya təkcə silah deyil, həm də kəşfiyyat məlumatları ötürdüyü rusiyalı hərbçilərə məlumdur".

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, bu xüsusi əməliyyatın tez başa çatmasına kömək etmir, lakin onun başa çatmasına mane olmayacaq: "Hərbçilərimiz yaxşı bilirlər ki, ABŞ, Böyük Britaniya və bütövlükdə NATO Ukrayna Silahlı Qüvvələrinə daimi əsasda kəşfiyyat məlumatları və digər parametrləri ötürür. Bu, hamıya məlumdur və əlbəttə ki, həmin ölkələrin və Alyasında Ukraynaya silah göndərməsi və bütün bu hərəkətləri xüsusi əməliyyatın tez başa çatmasına töhfə vermir, eyni zamanda, xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyulan məqsədlərə nail olmağın qarşısını da ala bilmir”.

"Hər hansı xüsusi cavab tədbiri görülə bilərmi" sualına Peskov “əlbəttə ki, Rusiya ordusu bu vəziyyətdə nə lazımdırsa edir” deyə cavab verib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər