ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib
Tarix: 06-05-2022 08:12 | Bölmə: Dünya
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib

Qara dənizdə Rusiyanın “Moskva” kreyserinin “Neptun” raketləri ilə vurulması zamanı Ukrayna tərəfi ABŞ-dan kəşfiyyat məlumatı alıb.

Reyting.az
xəbər verir ki, bu barədə CNN-ə ABŞ Müdafiə nazirliyindəki vəziyyətlə tanış olan mənbələr bildirib.

“Qara dənizdə Rusiyaya məxsus döyüş gəmisini görən Ukrayna qüvvələri onun həqiqətən də “Moskva” kreyseri olduğunu təsdiqləmək üçün Amerika tərəfi ilə əlaqə saxlayıb. Amerika tərəfi bunun “Moskva” kreyseri olduğunu deyib”,- deyə mənbə əlavə edib.

Eyni zamanda, ABŞ-ın Ukrayna tərəfinin kreyserə zərbə hazırladığı haqqında məlumat dəqiq deyil. Ukrayna Silahlı Qüvvələri bu barədə müstəqil qərar verib və ABŞ gəminin vurlmasına qarışmayıb.

Bu məlumatı cümə axşamı adı çəkilməyən rəsmilərə istinadla “NBC News” də təsdiqləyib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində yanğın baş verdiyini bildirimişdi. Yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib və fırtınalı dənizdə batıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kreyserin Ukrayna istehsalı olan “Neptun” tipli iki gəmi əleyhinə raketlə vurulduğunu bildirib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər