Tokayev: “Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq”
Tarix: 06-05-2022 12:26 | Bölmə: Dünya
Tokayev: “Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq”

“Dünyadakı geosiyasi qeyri-sabitlik fonunda Qazaxıstan suverenliyini və ərazi bütövlüyünü qorumağa hazır olmalıdır”.

TASS xəbər verir ki, bunu cümə günü prezident Kasım-Jomart Tokayev bir sıra dövlət mükafatlarının, ali hərbi və xüsusi rütbələrin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

“Geosiyasi qeyri-sabitlik, yeni çağırışlar və təhdidlər şəraitində biz milli maraqlarımızı müdafiə etməyə, dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumağa hazır olmalıyıq. Ona görə də müdafiə potensialının gücləndirilməsi həmişə bizim əsas prioritetimiz olacaq", - Qazaxıstanın dövlət başçısı qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər