Baş nazir: “Mayın 9-da Rusiya Ukraynaya müharibə elan edəcək”
Tarix: 06-05-2022 14:29 | Bölmə: Dünya
Baş nazir: “Mayın 9-da Rusiya Ukraynaya müharibə elan edəcək”

“Mayın 9-da Rusiya Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”.

“Interfaks Ukraina” xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal brifinqdə bildirib.

“Tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinin məlumatına görə, mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək niyyəti var. Başa düşürük ki, belə söhbətlərin müzakirəsi yüksək siyasi rəhbərlik səviyyəsində aparılır. Bu baş verəcəkmi – görərik”, - o söyləyib.

D.Şmıqal qeyd edib ki, belə bir ssenari baş verərsə, bu, Rusiyanın sivil demokratik dünyaya müharibə elan etməsinin növbəti təsdiqi olacaq:

“Ukrayna öz azadlığını, ərazisini, suverenliyini, ailələrimizin həyatını və torpaqlarımızı müdafiə edəcək. İstənilən halda biz işğalçı üzərində tam qələbəyədək mübarizə aparacağıq”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər