Kəşfiyyat: "Əhaliyə məcburi şəkildə qondarma respublikaların pasportu paylanılır"
Tarix: 06-05-2022 15:14 | Bölmə: Dünya
Kəşfiyyat: "Əhaliyə məcburi şəkildə qondarma respublikaların pasportu paylanılır"

“Müvəqqəti olaraq işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş ukraynalılar psevdorespublikaların vətəndaşlığını almağa məcbur edilir”.

“Ukrinform” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Buna razı olmadıqda isə onlara qarşı repressiyalar tətbiq olunur. İşğal altındakı Sorokino şəhərində ukraynalılara “LPR”in pasportları paylanılmağa başlanılıb. İnsanlar evlərindən, əmlaklarından və pullarından məhrumdurlar. Ona görə də onlar razılaşmağa məcburdurlar”, - idarədən bildirilib.

Həmçinin qeyd olunub ki, pasportları qəbul etmək istəməyən insanlara hədə-qorxu gəlinir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər