Peskov Polşanı ittiham edib, Lavrovun sözlərinə izahat verib: "Vaxt gələcək 9 May Mariupolda geniş bayram kimi keçiriləcək"
Tarix: 06-05-2022 15:30 | Bölmə: Dünya
Peskov Polşanı ittiham edib, Lavrovun sözlərinə izahat verib: "Vaxt gələcək 9 May Mariupolda geniş bayram kimi keçiriləcək"

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ilə İsrail arasında XİN başçısı Sergey Lavrovun yəhudilərin soyqırımını şübhə altına alan açıqlamasına izahat verib.

Reyting.az
xəbər verir ki, bu barədə açıqlama verən Peskovun sözlərinə görə, iki ölkə arasında etibarlı dialoq davam edir: "Prezident Putin dünən İsrailin Baş naziri Bennetlə telefon söhbətində danışıqları davam etdirmək barədə razılığa gəliblər".

Putinin sözçüsü 9 pay paradı və Mariupoldakı vəziyyətdən də söz açıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Paradında çıxış edəcək:“Mayın 9-da Putin hərbi paradda iştirak edəcək, onun çıxışı olacaq və ənənəyə görə, paradın sonunda dövlət başçısı Naməlum əsgərin məzarı önünə əklil qoyacaq".

Sözüçü deyib ki, vaxt gələcək 9 may Mariupolda geniş bayram kimi keçiriləcək: "Əlbəttə ki, orada mayın 9-da rusiyalılar olacaq".

Peskov daha sonta Polşanı ukraynanın ərazi bütövlüyünə təhlükə olmaqda ittiham edib: “Polşa daha çox düşmən münasibəti göstərir. Ukraynanın ərazi bütövlüyünə təhlükə daha çox elə Polşadan gəlir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər