İrəvanda Paşinyana qarşı yenə etiraz yürüşü başlayıb
Tarix: 10-05-2022 14:27 | Bölmə: Dünya
İrəvanda Paşinyana qarşı yenə etiraz yürüşü başlayıb

Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyanın başçılıq etdiyi bir qrup fəal İrəvanın Nor-Nork səmtində küçələrdən birini bağlayıb.

“Sputnk Armenia” xəbər verir ki, bundan sonra xüsusi təyinatlı polis qüvvələri etirazçıları saxlayıb/APA.

Məlumata görə, hazırda İrəvanın 4 fərqli hissəsində etiraz yürüşləri keçirilir. Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Axşam Fransa meydanında müxalifətin birgə mitinq keçirməsi gözlənilir.




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb