13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ruben Rubenyan xarici ölkə səfirləri ilə Türkiyə-Ermənistan danışıqlarını müzakirə edib
Tarix: 10-05-2022 16:33 | Bölmə: Dünya
Ruben Rubenyan xarici ölkə səfirləri ilə Türkiyə-Ermənistan danışıqlarını müzakirə edib

Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan qanunverici orqanın binasında ABŞ, Böyük Britaniya, İsveçrə, Avropa İttifaqı ölkələrinin səfirləri və akkreditasiya olunan nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.

"Novosti Armeniya” xəbər veirr ki görüş iştirakçıları Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini və regiondakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Ruben Rubenyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.

Nümyəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər