13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Rəsmi Kiyev: "Lap Marsa birləşdirmək istəsinlər, Ukrayna Xersonu azad edəcək"
Tarix: 11-05-2022 15:36 | Bölmə: Dünya
Rəsmi Kiyev: "Lap Marsa birləşdirmək istəsinlər, Ukrayna Xersonu azad edəcək"

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov sözləri, həmçinin ölkənin Xerson vilayətindəki işğalçıların çağırışlarına cavab verib.

Bu barədə Prezident Ofisinin rəsmisi tviterdə yazıb:

“Xerson vilayətinin “qaulayter”lərinin hazırlaya biləcəyi yeganə müraciət məhkəmə hökmündən sonra əfv diləməkdir. İşğalçılar lap Marsa, lap Yupiterə birləşmək istəsinlər. İstilaçıların hansı söz oyunu oynamasına baxmayaraq, Ukrayna Ordusu Xersonu azad edəcək”.

Xatırladaq ki, Xerson vilayətinin işğalından sonra işğalçı qüvvələr tərəfindən regiona təyin edilən rəhbərlər vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəklərini açıqlayıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər