13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Praqada Ukraynadan olan qaçqınlar üçün çadır şəhərciyi yaradılacaq
Tarix: 11-05-2022 16:28 | Bölmə: Dünya
Praqada Ukraynadan olan qaçqınlar üçün çadır şəhərciyi yaradılacaq

“Çexiya paytaxtı Praqada Ukraynadan olan və ölkədə sayları getdikcə artan qaçqınlar üçün çadır şəhərciyi yaradılacaq”.

TASS xəbər verir ki, bunu Çexiya Baş nazirinin birinci müavini, daxili işlər naziri Vit Rakuşan deyib.

Hazırda qaçqınlar Praqanın əsas vağzalının dəhlizlərindədir. Bina insanların yaşaması üçün nəzərdə tutulmadığından çadır şəhərciyi qurulması qərara alınıb.

Fevralın 24-dən etibarən Çexiya hökuməti Ukraynadan olan qaçqınlara 337 151 xüsusi viza verib. Bu sənəd respublikada müvəqqəti sığınacaq almağa imkan verir. Ölkədəki qaçqınların ümumi sayının yarısını uşaqlar, Ukraynanı tərk edən “böyüklər”in isə beşdə dördü qadınlardır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər