13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ukraynada iki deputatın əmlaklarına həbs qoyulub
Tarix: 11-05-2022 18:03 | Bölmə: Dünya
Ukraynada iki deputatın əmlaklarına həbs qoyulub

Ukraynada məhkəmə xalq deputatları Viktor Medvedçuk və Taras Kozakın qohumlarının daşınar və daşınmaz əmlaklarına həbs qoyub.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə Dövlət Təhqiqat Bürosu (DTB) məlumat yayıb.

Məlumata görə, Lvovun Lıçakov Rayon Məhkəməsi DTB müstəntiqlərinin Müxalifət Platforması – Həyat Üçün (OPZJ) Partiyasından olan deputatların qohumlarının müəssisələrinə məxsus daşınar və daşınmaz əmlaka həbs qoyulması barədə vəsatətini təmin edib. “Bu altı müəssisənin nizamnamə kapitalının həcmi 80 milyon qrivendən çoxdur”, - DTB-nin bəyanatında deyilir/Report.

Qeyd edək ki, Medvedçuk və Kozakın qohumları vəzifə səlahiyyətlərindən sui-istifadə, yerin təkinin mühafizəsi və ya istifadəsi qaydalarının pozulması və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması üzrə cinayət işində şübhəli bilinən subyektlərdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər