13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb
Tarix: 11-05-2022 20:02 | Bölmə: Dünya
Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb

Çexiya Senatı Rusiya ordusunun Ukrayna ərazisindəki hərəkətlərini soyqırımı kimi tanıyıb.

Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Ukraynanın Çexiyadakı səfiri Yevgeni Perebiynis bildirib.

Qəbul edilmiş qətnamədə, həmçinin Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsi və Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd olmasına dəstək var.

Qətnamədə deyilir ki, Senat Rusiyanın sistemli və geniş miqyasda törətdiyi kütləvi edamlar, işgəncə, fiziki və mənəvi zorakılıq kimi insanlığa qarşı etnik motivli cinayətləri pisləyir.

Bundan əvvəl Kanada, Estoniya, Latviya və Litva Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım kimi tanıyıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər