13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Moldova və Ukraynanın xarici işlər nazirləri G7-nin toplantısına qatılacaq
Tarix: 12-05-2022 15:39 | Bölmə: Dünya
Moldova və Ukraynanın xarici işlər nazirləri  G7-nin toplantısına qatılacaq

G7-nin xarici işlər nazirləri Ukraynadakı müharibəni, enerji və ərzaq təhlükəsizliyini, Çin ilə əlaqələri və iqlim dəyişikliyini müzakirə etmək üçün Almaniyanın şimalında görüşür.

Bu gün Veissenhausda başlayacaq G7 ölkələrinin XİN başçılarının iclası mayın 17-dək davam edəcək.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi, ABŞ Dövlət katibi, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniya xarici işlər nazirləri aktual xarici siyasət və təhlükəsizlik məsələləri, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsinə beynəlxalq reaksiyanı, həmçinin Asiya və Afrikadakı vəziyyəti, o cümlədən Rusiyanın Ukraynada apardığı müharibə kontekstində Yaxın Şərq, Afrika və Asiyada vəziyyəti müzakirə edəcəklər.

G7-nin top diplomatları həmçinin qlobal çağırışları, demokratik dayanıqlığı və bunun üçün xarici müdaxiləyə qarşı necə mübarizə aparmağı, COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri, iqlim böhranı, iqlim və təhlükəsizliklə bağlı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi ehtiyacına dair fikir mübadiləsi aparacaqlar.

Moldova və Ukraynanın xarici işlər nazirləri də G7-nin toplantısına qatılacaq/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər