Yəməndə generalın korteji partladılıb
Tarix: 15-05-2022 16:27 | Bölmə: Dünya
Yəməndə generalın korteji partladılıb

Yəmənin hökumət qüvvələrinin komandanlarından birinin korteji ölkənin müvəqqəti paytaxtı Ədən şəhərində hücuma məruz qalıb.

“Əl-Ərəbiyə” xəbər verir ki, kamikadze avtomobil karvanının keçdiyi yolda minalanmış avtomobili partladıb. Kortejdə olan nəqliyyat vasitələrinin birində 4-cü hərbi dairənin birgə əməliyyatlarının komandanı general Saleh Əli Həsən olub.

2012-ci ildən bu vəzifəni tutan general xəsarət almayıb. Onun mühafizəçiləri arasında yaralıların olması barədə xəbərlər var, lakin bu da hələ təsdiqini tapmayıb. Bu, son iki ayda Ədəndə üçüncü belə hadisədir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}