13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Almaniya XİN: “İsveç və Finlandiya artıq NATO-nun faktiki üzvləridir”
Tarix: 15-05-2022 22:48 | Bölmə: Dünya
Almaniya XİN: “İsveç və Finlandiya artıq NATO-nun faktiki üzvləridir”

"Almaniyanın Avropa İttifaqındakı (Aİ) müttəfiqləri kimi, İsveç və Finlandiya əslində alyansın formal üzvü olmadan artıq NATO-nun bir hissəsidir".

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O, bildirib ki, əgər təşkilata üzv olmaq üçün müraciət edilsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək: "Onların qoşulması bizim ittifaqımızı gücləndirəcək. Dünən Finlandiya və İsveçin xarici işlər nazirləri ilə birlikdə dedik ki, bu, İsveç və Finlandiya üçün çox emosional məqamdır. İlk dəfə olaraq bütün Skandinaviya ölkələri bir təhlükəsizlik çətiri altındadır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər