Ukrayna Mariupolda əməliyyata başlayıb
Tarix: 17-05-2022 08:05 | Bölmə: Dünya
Ukrayna Mariupolda əməliyyata başlayıb

Ukrayna Mariupol şəhərinin müdafiəçilərini Rusiya ordusunun mühasirəsindən xilas etmək üçün əməliyyata başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mətbuatı müdafiə nazirinin müavini Anna Malyara istinadla bildirib.

A. Malyar deyib ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti "Azovstal" zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına start verib: “Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün “Azovstal”dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib”.

Məlumata görə, daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya çatdırılıb. Onların evlərinə qaytarılması üçün mübadilə proseduru keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}