13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan olunub
Tarix: 17-05-2022 13:43 | Bölmə: Dünya
Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan olunub

“Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: “Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik məhkəmə prosesi artıq keçmişdir”/Report.

Məlumata görə, mayın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski “rusiyayönümlü” partiyaların qadağan olunması haqqında qanunu imzalayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, “Həyat uğrunda - Müxalifət platforması”, Şari Partiyası, “Bizim”, “Müxalifət bloku”, “Sol Müxalifət”, Sol Qüvvələr Birliyi, “Dövlət”, Ukrayna Sosialist Tərəqqi Partiyası, Ukrayna Sosialist Partiyası, “Sosialistlər” və “Vlaidimir Saldo bloku” rusiyayönümlü təşkilatlar siyahısına daxil edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər