13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
İran parlamentinin sədr müavini: "Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir"
Tarix: 17-05-2022 16:29 | Bölmə: Dünya
İran parlamentinin sədr müavini: "Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir"

“Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir. Təşkilat bununla bağlı kollektiv əməkdaşlıq təklif edib”.

Reyting.az xəbər verir kiə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında İranın İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad deyib.

O bildirib ki, İran İƏT-in əsas və nüfuzlu üzvü kimi üzv dövlətlər arasında əməkdaşlığı daha da artırmağa çağırır: “İran parlamenti bütün qanunvericilik imkanları ilə üzv dövlətlərlə əlaqələri gücləndirməyə tam hazırdır. İran qətiyyətlə İƏT-də əməkdaşlığın daha da gücləndirilməsinə çalışır. İran özünə qarşı zalım sanksiyalara baxmayaraq həmişə bölgədə sülhün tərəfdarı olub. İran xarici siyasətdə qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır. Onu da qeyd edim ki, pandemiyadan digər ölkələr kimi İran da ziyan çəkib. İqtisadiyyatın bərpası bütün ölkələrin gündəmindədir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər