Ukrayna Donetsk və Luqanskdə Rusiya qoşunlarının 12 hücumunun qarşısını alıb
Tarix: 18-05-2022 10:27 | Bölmə: Dünya
Ukrayna Donetsk və Luqanskdə Rusiya qoşunlarının 12 hücumunun qarşısını alıb

Donetsk və Luqansk istiqamətində Rusiyanın 3 tankı, 3 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 7 avtomobil texnikası məhv edilib.

Reyting.az xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutkada Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərində Rusiya qoşunlarının 12 hücumunu dəf edib.

Məlumata görə, Qara və Azov dənizlərində Rusiya Qara dəniz Donanmasının gəmiləri sahil istiqamətində döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunması, kəşfiyyat və atəş dəstəyi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.

Ötən gün Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Rusiyanın əməliyyat-taktiki səviyyəli 10 PUA-nı vurub, Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri rəqibin bir PUA və 4 qanadlı raketini məhv edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}