13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
SEPAH-ın komandiri qətlə yetirilib - Fotolar
Tarix: 22-05-2022 19:59 | Bölmə: Dünya
SEPAH-ın komandiri qətlə yetirilib

İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) komandirlərindən biri Həsən Sayad Xodayari bu gün naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Sepahın məlumatına görə, hərəm müdafiəçisi olan H. S. Xodayi terror hücumu nəticəsində paytaxt Tehranın "Mücahidine İslam" küçəsində öldürülüb.

Yerli mətbuat isə iranlı hərbçinin evinə daxil olarkən iki naməlum şəxsin hücumuna məruz qalaraq öldürüldüyünü bildirirlər.

Xodayarinin Suriya və İraqda İŞİD qruplaşmasına qarşı döyüşdüyü də qeyd olunur.

Onun İran inqilabına zidd terror qruplaşmasının qətlə yetirdiyi bildirilsə də, məsuliyyəti heç kim üzərinə götürməyib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər