13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Stoltenberq: “Putin NATO-nu Rusiya sərhədləri yaxınlığında daha çox görəcək”
Tarix: 24-05-2022 14:16 | Bölmə: Dünya
Stoltenberq: “Putin NATO-nu Rusiya sərhədləri yaxınlığında daha çox görəcək”

"Rusiya Prezidenti Putin Rusiya sərhədləri yaxınlığında NATO-nu daha az görmək istəyirdi, lakin o, bunun əksini əldə etdi".


Bu barədə NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

Baş katib, 2021-ci ilin dekabrında Rusiya hökumətinin NATO-ya ultimatum verdiyini xatırladıb: “Bu ultimatumda Avropada təhlükəsizlik arxitekturasının yenidən yazılması, Rusiyanın təsir dairəsinin yaradılması, NATO-nun alyansın şərqdəki müttəfiqlərindən imtinası və NATO-nun genişləndirilməsinin sonlandırılması tələb edilirdi. Prezident Putin öz sərhədləri yaxınlığında NATO-nu daha az görmək istəyirdi və bu müharibəni başlatdı. Lakin o, NATO-nu indi Rusiya sərhədləri yaxınlığında daha çox görəcək”.

Stoltenberq qeyd edib ki, daha çox ölkələr NATO-ya üzvlük üçün müraciət edir. O, Finlandiya və İsveçin NATO-ya üzvlük qərarını tarixi adlandırıb: “Bu onu göstərir ki, Avropanın təhlükəsizliyi şiddət və hədə ilə diktə edilə bilməz. Mən əminəm ki biz bütün müttəfiqlərimizin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab tapa biləcəyik”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər