13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Saakaşvili: "Bu travma cərrahi müdaxilə tələb edir"
Tarix: 24-05-2022 16:08 | Bölmə: Dünya
Saakaşvili: "Bu travma cərrahi müdaxilə tələb edir"

“Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.

Bunu Tbilisidə özəl klinikada müalicə olunan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili yazdığı məktubunda bildirib.

Yeriməkdə çətinlik çəkdiyini qeyd edən siyasətçi əsasən yataqda olduğunu bildirib: “Səhhətim haqqında bir çox şayiələr olduğundan özümü necə hiss etməyim barədə məlumat açıqlamağa qərar verdim. MRT müayinəsi onurğamda travmanın olduğunu təsdiqləyib, çox güman ki, bu, güc tətbiq edilməklə Qldani həbsxanasına aparılarkən aldığım zədədir. Bu travma, başa düşdüyüm kimi, cərrahi müdaxilə tələb edir. Onurğamda şiddətli ağrılar var, gündə bir neçə dəfə ağrıkəsici verilir. Məndə güclü titrəmə və başgicəllənmə var”.

M.Saakaşvili müayinə zamanı beynində bəzi dəyişikliklərin aşkarlandığını da vurğulayıb/Report.

Qeyd edək ki, M.Saakaşvili mayın 12-də saxlanıldığı Rustavi şəhərindəki 12 saylı həbsxanadan Tbilisidəki “Vivamedi” klinikasına köçürülüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər