13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Avropadan Rusiyaya növbəti xəbərdarlıq edilib
Tarix: 25-05-2022 23:32 | Bölmə: Dünya
Avropadan Rusiyaya növbəti xəbərdarlıq edilib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel rəsmi Moskvanı dezinformasiya yaymamağa çağırıb.

Reyting.az
-ın məlumatına görə, Kremli dezinformasiya yaymamağa çağıran Ş. Mişel “Twitter” hesabında yazıb ki, Rusiyaya qarşı sanksiyalar deyil, Ukraynadakı müharibə daşımaların qarşısını alır və ərzaq təminatını təhlükə altında qoyur.

Ş. Mişel qeyd edib ki, 20 milyon tondan çox taxıl ixracını Rusiyanın minaları və başladığı müharibə bloklayıb. “Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - Mişel vurğulayıb.

Qeyd edək ki, o, paylaşımında Rusiya prezidentinin rəsmi “Twitter“ səhifəsini işarələyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər