13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ukrayna kəşfiyyatı Rusiyanın hərbi sirrini üzə çıxarıb
Tarix: 26-05-2022 00:03 | Bölmə: Dünya
Ukrayna kəşfiyyatı Rusiyanın hərbi sirrini üzə çıxarıb

Rusiya ordusu Ukraynanın cənub hissəsində işğal etdiyi ərazilərdə üçüncü müdafiə xətti qurur. Reyting.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib.

Onun sözlərinə görə, ruslar mayın əvvəlindən başlayaraq strateji obyektlərdə (Novaya Kaxovkada bənd, su elektrik stansiyası) müdafiəni gücləndirir.

Skibitski deyib ki, müvafiq mühəndis strukturları hazırlanır, hətta birinci və ya ikinci deyil, üçüncü müdafiə xətti də tikilir. Bu isə yeni ərazilərin işğalı deməkdir və ruslar bu əraziləri ələ keçirib, saxlamaq istəyirlər.

Skibitski əlavə edib ki, Ukrayna kəşfiyyatı rus qoşunlarının Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinə hərəkətindən məlumatlıdır. Onlar Rusiya Federasiyasından tranzitlə yarımadaya gedirlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər