Ukrayna yenidən raket atəşinə tutulub, ciddi dağıntılar var
Tarix: 27-05-2022 09:37 | Bölmə: Dünya
Ukrayna yenidən raket atəşinə tutulub, ciddi dağıntılar var

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinə bir neçə raket zərbəsi endirib. Nəticədə ciddi dağıntıların olduğu bildirilir.

Reyting.az
-ın məlumatına görə, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko öz “Teleqram” kanalında paylaşım edib.

Hərbi administrasiya rəhbərinin sözlərinə görə, xilasedicilər dağıntılar altında qalmış insanları axtarır.

Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk isə bildirib ki, ruslar Dnepr vilayətini də atəşə tutub. Hazırda qurbanların sayı və dağıntıların miqyası dəqiqləşdirilir.

Onu da qeyd edək ki, bundan əvvəl UNİAN Privolyedə işğalçıların atəşinə məruz qalan 11 yaşlı qızın Dnepr xəstəxanasında dünyasını dəyişdiyini bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}