13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Britaniya Türkiyə, Polşa, Estoniya, Litva və Ukraynadan ibarət yeni ittifaq yaratmaq istəyir
Tarix: 27-05-2022 10:59 | Bölmə: Dünya
Britaniya Türkiyə, Polşa, Estoniya, Litva və Ukraynadan ibarət yeni ittifaq yaratmaq istəyir

Böyük Britanyanın Baş naziri Boris Conson Avropa İttifaqına alternativ olaraq yeni siyasi, iqtisadi və hərbi birlik yaratmağı təklif edib.

TASS-ın məlumatına görə, Avropa Əməkdaşlığı adlanacağı ehtimal olunan birliyə Polşa, Estoniya, Litva və Ukraynanın qoşulması təklif olunur. Baş nazirin ideyasına əsasən, sonradan ittifaqa Türkiyə də qoşula bilər.

Məlumata görə, Boris Conson bu ideyanı ilə ilk dəfə Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə bölüşüb. Bildirilib ki, iyunun 23-24-də Avropa İttifaqı Ukraynanın quruma üzvülüyə namizədliyini bəyənməzsə, o zaman Volodimir Zelenksi Baş nazirin ideyasına ciddi yanaşa bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər