Türkmənistanda Rusiya dövlət telekanallarının yayımı dayandırılıb
Tarix: 27-05-2022 13:04 | Bölmə: Dünya
Türkmənistanda Rusiya dövlət telekanallarının yayımı dayandırılıb

Türkmənistan Rusiyanın “Rossiya 1” və Rusiya Müdafiə Nazirliyinə bağlı “Zvezda” telekanallarının yayımını dayandırıb.

“İnterfaks” xəbər verir ki, onlar ölkənin ən böyük lisenziyalı rabitə operatoru “Aşqabad Şəhər Telefon Şəbəkəsi” QSC tərəfindən yayımlanıb.

Rusiyanın digər telekanalları, o cümlədən “Pervı”, RenTV, NTV, STS, TNT, “Çe”, “Matç” və başqaları yayımlanmaqda davam edir.

Türkmənistanda xarici telekanallara baxmaq yalnız yerli operator tərəfindən təqdim olunan kabel və İP televiziyada mümkündür/Report.

Xatırladaq ki, Qırğız Respublikasında da yerli operator Rusiya telekanallarının yayımını dayandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}